Ermənilər Xocalıda at oynadır
Ermənilərin Qarabağın Xocalı rayonu ərazisində açdığı yeni atçılıq mərkəzinin yeni fotoları yayımlanıb.
Versus.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rayonun Daşaltı kəndi yaxınlığında yerləşən eyniadlı dərədə yerləşən mərkəzdə 25 cins atın saxlanıldığı məlumdur.
“Atçılıq mərkəzimizdə ayğır, madyan və dayçalar ayrı saxlanılır. Atların ümumi sayı 25-dir ki, onların çoxu Qarabağ cinsindəndir.
Qarabağın qaçış atları olub. İndi onlardan demək olar qalmayıb. Çalışırq ki, bu cins atlarını da bərpa edək.
Bunda başqa, “Zevs” ləqəbli ingilis və “Sparta” adlı Holland cins atlarımız da var”- deyə atçılıq mərkəzinin direktoru Baqrat Mikaelyan deyib.
O, mərkəzdə atçılıq turizmi, gəzinti və yürüşlər planlaşdırdıqlarını da deyib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"