BŞTİ müdirinin vətəndaşların qəbulu vaxtı dəyişdirilib

13:15 13-02-2020 | icon 771 | Təhsil
BŞTİ müdirinin vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyevin Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin 14 fevral 2020-ci il tarixində nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

 

Versus.az qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, fevralın 19-da BŞTİ müdiri Rəşad Tağıyev vətəndaşları qəbul edəcək.

 

Paytaxtdakı 167 nömrəli tam orta məktəbdə (Ünvan: Abbas Mirzə Şərifzadə küçəsi 152) Yasamal, Səbail və Qaradağ rayonları üzrə keçiriləcək müəllim və valideynlərin səyyar qəbulu saat 10:00-da başlayacaq.

 

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

 

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin müdiri tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi