Yerevandan Xocalı aeroportu ilə bağlı AÇIQLAMA:

13:42 13-02-2020 | icon 1322 | Qarabağ
Yerevandan Xocalı aeroportu ilə bağlı AÇIQLAMA:

Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan Xocalı aeroprotunun işə düşməsi ilə bağlı suala cavab verib.

 

Versus.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, deputat Sasun Mikaleyanın sualına cavab verən Revazyan bu məsələnin siyasi xarakter daşıdığını söyləyib.

“Bizim bu mövzuda çox müzakirəmiz olub. Çünki biz məsələnin həllini istəyirik. Hamımız üçün vacib məsələdir. Amma fakt ondan ibarətdir ki, Azərbaycan Qarabağ üzərində hava məkanını bağlamaq barədə qərar verib və biz Mülki Aviasiya Komitəsi olaraq, Qarabağ üzərində uçuşlara icazə verə bilmərik.”- deyə Revazyan söyləyib.

 

Revazyan uçuşların bərpası üçün beynəlxalq müstəvidə danışıqların aparılmadığını da əlavə edib.

Xatırladaq ki, ermənilər Xocalı aeroportunu 2012-ci ildə 8 milyon dollar qarşılığında rekonstruksiya ediblər amma bu vaxta qədər aeroportdan uçuşlar həyata keçirilməyib. Rəsmi Bakı Qarabağdan uçuşlara qadağa qoyduğunu elan etmişdi.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...