Qəbul imtahanlarında minimal keçid balları necədir?-Cavab  

 

10:19 24-02-2020 | icon 324 | Təhsil
Qəbul imtahanlarında minimal keçid balları necədir?-Cavab  
 

 

 Xəbər verdiyimiz kimi  Dövlət İmtahan Mərkəzi fevralın 23-ü magistratura səviyyəsinə qəbul imtahanı keçirib.
 

Versus.az xəbər verir ki, magistraturaya qəbul aparılan qruplar üzrə müsabiqə şərtləri fərqlidir.

Təhsil,  texniki və texnoloji, səhiyyə, rifah və xidmət ( bədən tərbiyəsi və idman ixtisaslarından başqa)   ixtisaslar qrupu üzrə imtahanın nəticəsinə qoyulan minimal tələblərə görə ümumi intellekt səviyyəsi( məntiqi təfəkkür) 15, informatika 5, xarici dil 5, ümumi bal isə 40 bal müəyyənləşdirilib.

Humanitar və sosial ixtisalar qrupunda ümumi intellekt səviyyəsi( məntiqi təfəkkür), informatika, xarici dil fənləri üzrə müvafiq olaraq 15, 5, 5, ümumi bal isə 50 baldır.

 Həmçinin təbiət, iqtisadiyyat və idarəetmə ixtisaslarında minimal ballar digər qruplarla eyni olsa da, ümumi keçid balı 45 bal müəyyən olunub.

Mədəniyyət və incəsənət, kənd təsərüffatı, xüsusi təyinatlı, bədən tərbiyəsi və idman ixtisasları qrupunda məntiqi təfəkkürün keçid balı digər qruplardan fərqli olaraq 10 baldır. İnformatika və xarici dildə isə minimal bal 5 bal, ümumi isə 30 bal müəyyənləşib.

Xüsusi qabilliyyət tələb edən ixtisaslar üzrə bakalavrlar qəbul imtahanından sonra qabiliyyət imtahanı verməlidir.

 Qeyd edək ki, fevralın 24-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi