“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

09:49 25-02-2020 | icon 803 | Təhsil
“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

Kamran Əsədov: “Kurikulum proqramı doğrudur, lakin icrasında hansısa problemlər var”

 

Cəmiyyətin inkişafı prosesində ən mühüm faktorlardan biri olan təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən addımlar atılsa da, yeniliklər bir çox hallarda birmənalı qarşılanmır. Məlumdur ki, elmin inkişafı həm təhsildən, həm də ideyadan asılıdır. İdeya sahibi isə həmişə fərddir. İdeya elmi, elm texnologiyanı, texnologiya yeni texnikanı -tərəqqini, tərəqqi isə innovasiyalı iqtisadiyyatı inkişaf etdirir. Bütün bu qarşılıqlı təsirləri inkişaf etdirmək üçün “Azərbaycanda olan mövcud təhsil bazasını nə dərəcədə inkişaf edirmək olar” sualı ətrafında təhlillər gedir və yeni layihələrin üzərində işlənilir. Bir çox hallarda təhsildən sonra diplom alan gənclərin işlə təminatı, eləcə də peşə təhsilinə o qədər də önəm verilməməsi, orta texniki təhsildən sonra yaranan mövcud problemlər də təhsilin öz hədəfə çatmasında ciddi əngəllər yardır. Son günlər orta məktəblərə yeni proqramların, xüsusilə də kurikulumun tətbiqi ciddi tənqidlə qarşılanır.

 

Qeyd edək ki, 1999-cu ildə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın tərkib hissəsi olan kurikulum islahatı bu gün də mərhələli şəkildə həyata keçirilir. Lakin xeyli müddət keçməsinə baxmayaraq, ölkəmizin təhsil ictimaiyyəti və valideynlər arasında kurikulum islahatları ilə bağlı fikirlər hələ də birmənalı deyil. Belə hesab olunur ki, Azərbaycan məktəblərinə kurikulum proqramına gərək yoxdur və bu mövcud tələbləri ödəmir. Nə baş verir?

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı təhsil eksperti Kamran Əsədov danışıb. Ekspert bildirib ki, "Kurikulumu ləğv etmək və ya bu özünü doğrultmadı kimi" ifadələri düzgün hesab etmir. Onun fikrincə, hörmətli təhsil ağsaqqallarımızın bu günlərdə yayılan fikirlərinin geniş izahına ehtiyac var:

 

“Müasir dünya təhsili ilə ayaqlaşmaq adına zaman-zaman yeni və innovativ proqramlara müraciət etmək məcburiyyətindəyik. Kurikulum termini proqram sözünün sinonimi kimi qəbul edilib. Ən yaxşı halda demək olar ki, bugünkü proqramlara yenidən baxmaq, günün tələbi ilə ayaqlaşdırmaq lazımdır. Kurikulumu ləğv edək deyərkən nəyi nəzərdə tuturuq? Mənə görə proqram qayət doğrudur. Lakin icrasında hansısa problemlər var və bu da həll olunmalıdır. Bu başqa məsələ...”

 

K.Əsədov hesab edir ki, bu sistemin bu cür olmasının yeganə səbəbi məktəbdə keçirilən təfəkkür yönümlü tədrisin son nəticədə qiymətləndirməsinin düzgün aparılmamağıdır. Ekspert bildirib ki, həyatı bacarıqlara, praktiki biliklərə söykənən dərsi keçən müəllimin şagirdi qəbul imtahanında sadəcə bilikdən imtahan verir. Bunu da görən müəllim valideynin tələbinə cavab vermək üçün dərslikləri kənara atıb ənənəvi bilik yüklü dərsə üz tutur. Bu da ona gətirir ki, kurikulum özünü doğrultmadı.

 

“Kurrikulum bizə nə qazandırdı, nə aldı?

Qazanılanlar: - Təlim alma, təlimə getmə mədəniyyəti, Təlimçilər, Şagird mərkəzli təlim-tədris, müəllimin müasir tədrisdə yeni fasilitasiya rolunu anlamasını, təlimdə və tədrisdə müxtəlif üsullar, əyaniliyin artması

İtirilənlər: Maddi vəsait, Klassik müəllim özünəməxsusluğu, Kurikkulumun bəzi müəllimlər tərəfindən anlaşılmazlığı səbəbi ilə standart müəllim yanaşması”.

 

“Gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar”

 

K.Əsədov peşəyə sahiblənən gənclər və onların işlə təminatı ilə bağlı mövcud problemlərə də birmənalı yanaşmayıb. Bildirib ki, əmək bazarında peşə sahiblərinə ehtiyac var, amma təəsüflər olsun ki, orta məktəbləri bitirənlərin əksəriyyət ali təhsil arxasınca qaçır. Ekspertin fikrincə, peşə təhsili müəssisələrinə marağı artırmaq üçün təkcə təhsil verənlərin deyil, həm də işə götürənlərin marağını artırmaq lazımdır:

 

“Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15 faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Bu şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. Cənubi Koreyada isə hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili Fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra, öz növbəsində, bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur”.

 

K.Əsədov təəssüflə qeyd edib ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur:

 

“Amma bu heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox hallarda 4 illik ali təhsil sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu olacaq. Çünki ali təhsil almış şəxslər heç də təhsilini başa vurduqdan sonra işlə təmin olunmurlar. Onların işlə təmin olunması üçün ciddi maneələr, sədlər var. Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə işlə təmin olunurlar. Təəssüflər olsun ki, məktəbi bitirən gənclərə bu düzgün izah olunmur və onlar bunu çox gec başa düşürlər.

 

Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsil alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər. Hesab edirəm ki, gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar. Bu onların uğurlu gələcəyi üçün çox vacibdir.

Bu gün ölkədə fəaliyyət göstərən 100-ə yaxın peşə təhsili müəssisələrində hazırlanan ixtisaslı kadrlar azlıq təşkil edir. Əmək bazarında yeni ixtisaslı kadrlara ehtiyac olur. Ona görə də əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Bu yeni yaranan ixtisaslara istehsalatda və xidmət sektorunda çox ehtiyac var idi. Hesab edirəm ki, atılan bu addımlar gəclərin peşə təhsilinə marağını artıracaq”. /Üç Nöqtə/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi