AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

20:10 26-02-2020 | icon 886 | Qarabağ
AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və 713 nömrəli hərbi hissənin keçmiş döyüşçüləri Xocalı faciəsi abidəsini birgə ziyarət ediblər.

 

AVMVB-nin sədri FÜZULİ RZAQULİYEV Versus.Az-a açıqlamasında bildirib ki, biz ümummilli dərdimizə münasibətdə toplumsal mövqeni ortalığa qoymalıyıq:

 

“Övladlarımıza torpaq itkisini miras qoymamalıyıq. Qisasımızı alacaq gəncliyimizin Azərbaycan əsgərinin bizə qarşı törədilən bəşəri cinayətdən, bu soyqırımları, bu cinayətləri gerçəkləşdirən erməni terror şəbəkəsinin dağıdıcı fəaliyyətindən və onlarla birbaşa işbirliyində olan rus faşizminin gerçək simasından doğru-dürüst məlumatı olmalıdır. Atəşkəs dövrünün ən böyük silahı olan kütləvi informasiya vasitələrinin gücündən bzlər maksimum səviyyədə yararlanmalıyıq. Köhnə döyüşçülər olaraq biz torpaqlarımızın işğaldan azad edilməsi üçün hər an döyüşə hazırıq”.

 

Xocalı soyqırımını 20-ci əsrin ən böyük faciəsi adlandıran 713 nömrəli hərbi hissənin döyüşçüsü MƏMMƏD İSAYEV o qanlı gecənin üstündən 28 il keçməsinə baxmayaraq hələ də bu faciənin səbəbkarlarının ədalət qarşısında mühakimə olunmamasından təəssüfləndiyini bildirdi:

 

“Biz nəyin bahasına olursa olsun erməni qəsbkarlarıyla onlara dayaq duran qüvvələrin öz cəzalarını almaları üçün bütün mümkün vasitələri birləşdirməliyik. Həm ölkəiçi qüvvələr, həm də türk dövlətlərinin bu məsələdə ortaq mövqedən çıxış etməsini ən tutrlı faktlarla haqqımızı tanımayanların gözünə soxmalıyıq. Azərbaycan heç kimə və heç nəyə baxmadan antiterror yoluyla dərhal torpaqlarımızın azadlığı uğrunda müharibəyə başlamalıdır. Əks halda Şəhidlərimizin Ruhu bizləri bağışlamayacaq”.

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi