"Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb
“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi yeni kampaniyaya başlayıb.
Versus.Az xəbər verir ki, “Qarabağ harayı” adlanan kampaniya çərçivəsində Qarabağın hüdudları daxilində yaşayan insanların, məcburi köçkünlərin video-müraciətini beynəlxalq təşkilatlara ünvanlanacaq.
Tədbirdə çıxış edən “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, icma son 1 il ərzində öz fəaliyyətini daha da intensivləşdirilib:
“Əsas məqsədimiz Ermənistanın işğalçı siyasətini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu işdə gənclərin iştirakı isə bizim üçün çox vacibdir. informasiya savaşı çərçivəsində audio-viziual materialların hazırlanması və informasiya müharibəsində bu metoddan istifadə çox böyük önəm kəsb edir. Kampaniya çərçivəsində nümayiş etdiriləcək “Şuşaya yenidən günəş doğacaq” adlı video-çarxın məqsədi gənclərin dünyaya çıxış etməsidir. Video-çarx Dağlıq Qarabağ Azərbaycanlı İcması, Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi və “CO production Baku” adlı media qurumunun birlikdə əməkdaşlığı nəticəsində meydana gəlib. Video-çarxın əsas məqsədi ermənilərin işğalçı siyasətindən əziyyət çəkən şəxslərin səsini dünyaya çatdırmaqdır”.
Gəncəliyev qeyd edib ki, gənc nəsil ermənilərin bu torpaqları müvəqqəti saxladığını bilməlidir:
“Ermənilərin işğalçı siyasətini dünyaya daha yaxşı çatdırmaq üçün bu kampaniya gənclərə şərait yaradır. Bu kampaniya başladıqdan sonra estafeti ilk olaraq Rövşanə Quliyevaya verdik, və onun video-çarxını da dünyaya yayacağıq. Bu işdə bütün gəncləri iştirak etməyə çağırırıq. Öz torpaqlarımıza qayıtmayanadək biz sakit durmamalıyıq”.
Tədbirdə təqdim edilən video-çarxın rejissoru Can Batır, Tural Qəlbinur və digər şəxslər də çıxış edib.
Tədbir müzakirələrlə davam etdirilib.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"