5 yaşlı uşaqlarla bağlı 105 mindən çox məlumat
"I sinfə qəbulla bağlı elektron sistemdə 5 yaşlı uşaqlarla bağlı 105 mindən çox məlumat var. Bu o deməkdir ki, həmin uşaqlarla bağlı elektron sistemə avtomatik sorğu yerləşdiriləcək".
Versus.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirmə sektorunun məsləhətçisi Elçin Kərimov bildirib. Onun sözlərinə görə, uşağının başqa məktəbdə oxumasını istəyən 5 yaşlıların valideynləri martın 13-dən elektron sistemdə istədiyi məktəbi seçə bilərlər:
"Bu uşaqların 6,8 faizi təhsillərini başqa dildə alanlardır. Bu isə ümumilikdə 5 yaşlıların 7200 nəfərini təşkil edir. Onlardan 3500-i Bakı, 3700-ü isə digər regionları əhatə edir. Ümumilikdə respublikanın regionlarında 24 fevraldan başlayan müsahibə komissiyalarının sayı 50-dir, həmin müsahibələr sabah yekunlaşacaq. Müsahibə komissiyalarının şifahi nitq bacarığını yoxlaması zamanı həmin uşaqların 9 faizə qədəri qeyri-qənaətbəxş cavab alıb".
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"