Sağlamlıq imkanları məhdud uşaqlar da elektron sistem vasitəsilə I sinfə qəbul ediləcək
"Bu il də bütün ölkə üzrə sağlamlıq imkanları məhdud uşaqlar var. Həm xüsusi, həm də ümumtəhsil müəssisələrinin evdə təhsil alacaq uşaqları elektron sistem vasitəsilə I sinfə qəbul ediləcək".
Versus.Az xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib.
Müdir müavini həmçinin qeyd edib ki, il ərzində 7 və 8 yaşında məktəbə gedəcək uşaqlar da 5 yaşlılarla eyni hüquqa malikdir:
"Onlar martın 10-dan qeydiyyatdan keçib, martın 13-dən başlayaraq istədikləri məktəblə bağlı elektron sistem vasitəsilə sorğu yerləşdirə bilərlər".
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"