Nazirlər Kabineti mart ayında orta və ali məktəblərdə tətil elan edəcək?

16:15 02-03-2020 | icon 1107 | Təhsil
Nazirlər Kabineti mart ayında orta və ali məktəblərdə tətil elan edəcək?

Kamran Əsədov: "Təhsil müəssisələrində problem aradan qalxana qədər tətilin elan edilməsi təcrübəsi mövcuddur"

 

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova müraciət edib.

 

Versus.Az həmin müraciəti təqdim edir:

 

"Hörmətli Baş Nazir! Bildiyiniz kimi iki aya yaxındır ki, dünyanı hələ də müalicəsi tapılmayan yoluxucu koronovirus cənginə alıb. Bu təhlükə bu və ya digər formada artıq bizim də ərazimizə daxil olub, müşahidə olunub.


Xatırladım ki, mart ayında fəsil dəyişməsi ilə əlaqədar olaraq, qızılca, malyariya, suçiçəyi kimi yoluxucu xəstəliklər də təbii olaraq artır, xüsusilə məktəbyaşlıların orqanizmində zəifləmə halları baş verir ki, adi zamanlarda da müxtəlif infeksiyaların təsiri özünü daha aşkar, geniş şəkildə göstərir. Düşünürəm ki, koronovirusun ayaq açdığı dövrdə 1.5 milyon nəfər şagirdi risk altına almaq olmaz.


Hörmətli Əli müəllim, bir məqam da var ki, ölkdə fəaliyət göstərən 4447 məktəbin heç də hamısı maddi-texniki baza baxımından tam olaraq qənaətbəxş vəziyyətdə deyil. Onlar arasında isitmə sistemində, havalandırma sistemində, ilkin tibbi yardım göstərilməsi istiqamətində müəyyən problemlər var.


Digər tərəfdən isə, apteklərdə də kifayət qədər respirator, spirt və digər lazımi avadanlıqlar yoxdur. Olanların da qiyməti süni şəkildə kəskin artırılıb.


İnanıram ki, bizim üçün şagirdlərin sağlamlığı hər şeydən üstündür deyib Nazirlər Kabineti mart ayında orta və ali məktəblərdə tətil elan edəcək.


Ümummilli Lider Heydər Əliyev deyib ki, "sağlam bədəndə sağlam ruh olar". Ona görə də gəlin sağlamlığımızı qoruyaq. Bu tətil müddət ərzində məktəblərdə davamlı şəkildə dezinfeksiya işləri aparılar, insanlar arasında maarifləndirmə prosesinin miqyası daha da genişlənər.


Hörmətli Baş Nazir, bildiyiniz kimi, mart ayında iki bayramın olması (8 mart beynəlxalq qadınlar günü və Novruz bayramı) istirahət günlərinin sayını artırır. Belə ki, martda 15 gün iş olmayacaq.


Mən də sizin rəhbəri olduğunuz Nazirlər Kabinetinə müraciət edirəm ki, mart ayında olacaq 15 dərs gününü iyun ayının 15-30-u ilə əvəz etməklə mart ayında orta və ali məktəblərdə tətil elan olunması barədə qərar qəbul edəsiniz.


Nəzərə alsaq ki, hal - hazırda rəsmi olaraq ölkə ərazisində koronovirus aşkar edilib və yoluxma halları var, deməli təhlükəli məqamdır.


“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.


Qeyd edim ki, hər hansı kütləvi yoluxucu xəstəliklərin yayıldığı ölkələrdə, fövqaladə halların baş verdiyi ərazilərdə təhsil müəssisələrində problem aradan qalxana qədər tətilin elan edilməsi təcrübəsi mövcuddur. Artıq Çin, Gürcüstan, ABŞ və bir çox ölkələr bu addımı atıb. Əvvəlcədən Sizə təşəkkür edirəm!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi