“Təhsil müəssisələrinin bağlanması barədə qərar bütün işçi heyətə də şamil olunur”
"Koronavirus təhlükəsi ilə əlaqədaar tədrisin dayandırılması ilə bağlı çıxarılan qərar təkcə şagird və tələbələrə deyil, eləcə də təhsil müəssisələrinin bütün işçi heyətinə şamil olunur".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.
O qeyd edib ki, ilk tədris günü martın 10-da olmaqla martın 3-dən 9-dək bütün təhsil müəssisələrində təlim-tədris prosesi müvəqqqəti dayandırılıb:
“Əsas məqsəd bu müddət ərzində təhsil müəssisələrində tibbi-profilaktik, sanitar-epidemioloji tədbirlərin intensivləşdirilməsidir. Bu, Nazirliyin tabeliyində olub-olmamasından asılı olmayaraq bütün dövlət və özəl ümumtəhsil müəssisələrinə, ali və orta ixtisas təhsili, peşə müəssisələri və məktəbdənkənar fəaliyyətlə məşğul olan bütün təhsil ocaqlarına aiddir. Qərar təkcə şagirdlərə, tələbələrə deyil, eyni zamanda müəllimlərə, peqadoji kollektivə də şamildir".
E.Məmmədov qeyd edib ki, bu müddət ərzində tibbi-profilaktik, denizfeksiyaedici və digər qabaqlayıcı tədbirlər daha intensiv aparılacaq:
“Martın 10-dan təhsil müəssisələrində tədrisin davam etdirilməsi nəzərdə tutulur. Həmin gün bütün təhsil müəssisələri üzrə mövcud vəziyyət barədə əlavə məlumat veriləcək. Ehtiyac olarsa, bəzi təhsil müəssisələrində həmin qayda davam etdiriləcək”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"