ABŞ Konqresinin üzvü Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanat verib

10:55 03-03-2020 | icon 402 | Qarabağ
ABŞ Konqresinin üzvü Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanat verib

ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Ohayo ştatını təmsil edən demokrat konqresmen Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanat verib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin məlumatına görə, bəyanatda Xocalı qətliamı və bu dəhşətli faciənin qurbanları yad edilir. 

 

28 il əvvəl 1992-ci ilin fevral ayında Xocalının günahsız əhalisinə qarşı vəhşicəsinə törədilmiş qırğının insanları sarsıtmaqda davam etdiyi bildirilir.

 

Cənubi Qafqazda törədilmiş ən böyük qəddarlıqlardan biri kimi xarakterizə olunan Xocalı qətliamı üzrə ədalətin təmin olunmadığı və 150 mülki əhalinin hələ də aqibətinin bəlli olmadığı diqqətə çatdırılır. 

 

Beynəlxalq ictimaiyyəti insan hüquqlarına və demokratik öhdəliklərə hörmət etməyi tələb edən Konqres üzvü, Xocalıda baş verənləri yadda saxlamağın və qətliamı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayır. 

 

Konqres üzvünün bəyanatı ilə bu internet səhifəsində tanış ola bilərsiniz:

 

https://www.congress.gov/116/crec/2020/02/27/modified/CREC-2020-02-27-pt1-PgE224.htm

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi