BSU-da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılıb
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 3-dən martın 9-dək ölkəmizin bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Tədris prosesində fasilənin yaranmasına səbəb koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi və görülən işlərin səmərəliliyinin yüksəldilməsidir. Hazırda ölkəmizdə bu istiqamətdə tədbirlər intensiv xarakter alıb.
BSU-nun Mətbuat Xidmətindən Versus.Az-a verilən xəbərə görə, bununla əlaqədar olaraq martın 5-də Bakı Slavyan Universitetində (BSU) Nəsimi Rayon Gigiyena və Epidemiyologiya Mərkəzinin əməkdaşları tərəfindən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılıb. Belə ki, BSU-nun Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33-də yerləşən I tədris binasında və Şamil Əzizbəyov küçəsi, 102-də yerləşən II tədris binasında, eləcə də Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 152-də fəaliyyət göstərən 3 saylı yataqxanasında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər reallaşdırılıb.
Qeyd edək ki, ümumilikdə BSU-da sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin icrası diqqət mərkəzindədir.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"