Şəhid əsgərimiz bu universitetin məzunu olub

11:33 06-03-2020 | icon 519 | Təhsil
Şəhid əsgərimiz bu universitetin məzunu olub

Dünən axşam saatlarında Qazax rayonunun sərhəd kəndində düşmənin snayper gülləsi ilə şəhid olan əsgər Orxan Paşazadə Naxçıvan Universitetinin məzunudur.

 

Versus.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov şəxsi "Facebook" səhifəsində yazıb:

 

"Çox böyük ağrı hissi ilə bildiririk ki, dünən axşam saatlarında Qazax rayonunun sərhəd kəndində əsgər Orxan Paşazadə düşmənin snayper gülləsi ilə şəhid olub. O, ötən il Naxçıvan universitetini ingilis dili müəllimliyi ixtisası üzrə bitirib. Orxanın atası Nazim müəllim də Cəlilabadın Cəfərxanlı kənd orta məktəbinin tarix müəllimidir".

 

Xatırladaq ki, ötən gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

 

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”