Nazirlər Kabinetinin təhsil sahəsində səlahiyyəti artırılıb

14:13 08-03-2020 | icon 406 | Təhsil
Nazirlər Kabinetinin təhsil sahəsində səlahiyyəti artırılıb

Nazirlər Kabinetinin səlahiyyəti artırılıb.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” və “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda müvafiq dəyişiklik edib.

 

Beləliklə, bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan Avropa Kredit Transfer Sistemi — AKTS) ilə həyata keçirilib.

 

O cümlədən magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (AKTS) ilə həyata keçirilib. Dəyişikliyə əsasən, Təhsil Nazirliyinin bu sahələrdəki səlahiyyəti Nazirlər Kabinetinə verilib. Başqa sözlə, bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (AKTS) ilə həyata keçiriləcək.

Magistratura səviyyəsində tədrisin təşkili də ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (AKTS) ilə həyata keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi