Birinci sinfə qəbulla bağlı Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər üçün Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.
Təhsil Nazirliyindən Versus.Az-a verilən xəbərə görə, digər bölgələr üzrə isə Alternativ qeydiyyat mərkəzləri müvafiq rayon (şəhər) təhsil şöbələrində (idarələri) təşkil olunub. Vətəndaşlar həmin mərkəzlərə həftənin I-V günləri saat 09:00-dan 18:00-a qədər müraciət edə bilərlər.
Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"