Şahvələd Çobanoğlunun övladı MİT-ə qəbul alıb
Hər bir azərbaycanlı üçün fəxr ediləsi nailiyyət
Tanınmış jurnalist, ictimai fəal Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən nüfuzlu universitetlərindən birinə - Massachusetts İnstitute of Technology (MİT) Computer Science ixtisasına qəbul alıb.
Versus.Az xəbər verir ki, bu ilin yanvar ayının ortalarında Abutalıbın daha bir uğuru olmuşdu.
Beləki o, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında yeganə qızıl medalı qazanmişdı. Beynəlxalq olimpiada tarixində İnformatika üzrə ilk qızıl medal mükafatçısı Abutalıb Şahvələd oğlu Namazovun MİT-nin kompyuter elmləri ixtisasını qazanması hər bir azərbaycanlı üçün fəxr ediləsi nailiyyətdir.
Qeyd ed'k ki, MİT Massachusetts ştatının Boston ərazisinin Cambridge şəhərində yerləşən kiçik kübar özəl məktəbdir. Bakalavr tələbələrinin sayı 4510 nəfərdir Bu Universitetdə illik təhsil haqqı 53,790 dollardır. . Qəbul olunma dərəcəsi 7 faizdir. Kompyuter elmləri, Mexaniki mühəndislik və Riyaziyyat ən populyar ixtisasısıdlr. Tələbələrinin Universiteti bitirmə faizi 94-dür. Bu Universiteti bitirən məzunlar üçün başlanğıc orta illik əmək haqqı 88200 dollarıdır. ABŞ-ın 1 nömrəli kompyuter elmləri məktəbu bu instutundur. MIT Quacquarelli Symonds (QS) 2019-20-ci il reytinqində dünya üzrə 1-ci, Times Higher Education 2020 reytinqində dünya üzrə 5-ci yerdədir.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"