İlahiyyat İnstitutu Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Azərbaycan İlahiyyats İnstitutu (Aİİ) da Koronovirusla Mübarizəyə Dəstək Fonduna dəstək aksiyasına qoşulub.
Versus.Az xəbər verir ki, Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov ilahiyyatçılara səslənib:
“Hər birinizi virusun qarşısının alınması üçün tələb olunan qaydalara riayət etməyə, həmçinin ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq və onunla mübarizədə həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etməyə çağırıram”.
O qeyd edib ki, bütün dünya bu gün “Koronavirus” adı verilən “COVİD-19” pandemiyası ilə mübarizə aparır:
“Şükürlər olsun ki, dünyanın bir çox ölkəsindəki kütləvi yoluxma və ölüm halları ölkəmizdə yaşanmır. Lakin bu, bizə rahatlıq üçün bir əsas vermir. Müvafiq dövlət qurumları sözügüdən pandemiyanın kütləvi şəkildə yayılmaması üçün var gücü ilə çalışır. Biz də bu pandemiya ilə mübarizəyə əlimizdən gələn maddi-mənəvi dəstəyi verməli, öz vətəndaşlıq borzumuzu yerinə yetirməliyik.”
Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları da bu təşəbbüsə qoşulub və öz əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürürlər:
"Unutmayaq ki, el gücü sel gücüdür!".
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"