ATU Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Azərbaycan Tibb Universiteti (ATU) Koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
Versus.Az xəbər verir ki, Fonda universitet tərəfindən bu gün 50 min manat məbləğində vəsait köçürülüb.
Qeyd edək ki, koronavirusla mübarizə müddətində ATU-nun həkim heyəti, klinikaları və işçi qüvvəsi gücləndirilmiş rejimlə çalışır.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"