Azərbaycan mediası karantin vəziyyətində
Müşfiq Ələsgərli: "Mətbuat dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində özünü yaxşı göstərir, təəssüflər olsun ki..."
“Azərbaycanın peşəkar mediası karantin vəziyyətində özünü çox yaxşı təqdim edir. Buraya həm ənənəvi, həm də onlayn media daxildir”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ölkədə pandemiyaya qarşı görülən tədbirlərdə mətbuatın rolundan danışarkən deyib.
Onun sözlərinə görə, istər əhalinin maariflənməsində, düzgün informasiya çatıdırlmasında, istərsə də yersiz panikanın qarşısının alınmasında mətbuat dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində özünü yaxşı göstərir.
Müşfiq Ələsgərli hesab edir ki, belə məsələlər ortaya çıxanda hər zaman olduğu kimi, yenə də daha çox sosial medaida süni panikanın yaranmasına xidmət edən nümunələrə rast gəlinir:
“Onların monitorinqi göstərir ki, belə profillərin çoxu ölkə xaricindən idarə edilir. Lakin təəssüf ki, ölkə daxilində müəyyən qüvvələrə xidmət edən şəxslər də ya bilərəkdən, ya da bilməyərəkdən onların bu kampaniyasına qoşulurlar. Lakin bütövlükdə Azərbaycan jurnalistikası öz işinin öhdəsindən yaxşı gəlir”. /moderator.az/
Versus.Az
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...