Müəllimlər üçün online təlimlər təşkil edilir
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bununla bərabər müəllimlər və tələbələr üçün Təhsil Nazirliyi tərəfindən bir çox layihələr həyata keçirilir. Artıq uzun müddətdir “İLM-Learn” Beynəlxalq Tədris Mərkəzinin həyata keçirdiyi “web.2.0 alətinin təhsilə tətbiqi” təlimləri də bu günlərdə distant fəaliyyət göstərərək təhsilə öz töhfəsini verir.
“İLM-Learn” Beynəlxalq Tədris Mərkəzindən Versus.Az-a verilən məlumata görə, aprel ayının 1-də Tədris Mərkəzinin mütəxəssisləri tərəfindən online olaraq müəllimlər üçün web 2.0 alətlərinin təhsilə tətbiqi təlimlərinə başlanılacaq. Təlim təhsil sahəsində fəaliyyət göstərən müəllimlərin peşəkar inkişafı üçün nəzərdə tutulub. Təlimin məqsədi web 2.0 alətlərinin imkanlarından istifadə edərək, yeni internet resurslarının müəllimlər tərəfindən yaradılması və təhsil sahəsində tətbiqini yollarını öyrətməkdir.
Təlim distant olaraq Google Classroom üzərindən aparılacaq. Təlim 5 Moduldan (24 saat) ibarətdir. Hər bir Modulda web.2.0 alətinin istifadəsi, yeni resursun yaradılması və tətbiqi haqqında materiallar təmin olunub. Modul materialları və tapşırıqları ilə tanış olan müəllim hər modulun sonunda yeni resurs hazırlamalı, onlayn təlimdə tapşırıqları təhvil verməlidir. Hər bir modulun sonunda tapşırıqlar Google Calendar vasitəsilə təyin olunmuş müəyyən təqvim gününə kimi təhvil alınır və modulda verilmiş kriteriyalara əsasən ballarla qiymətləndirilir.
Qeydiyyatdan keçmək üçün https://www.ilm-learn.edu.az/our-school?lang=az linkindən istifadə etmək olar. Əlavə olaraq tədris mərkəzi “Microsoft”, “Oracle”, “VmWare” və digər vendorların online təlimlərini də həyata keçirir.
Daha ətraflı məlumatı www.ilm-learn.edu.az saytından almaq olar.
Qeyd edək ki, “ILM-Learn” Beynəlxalq Təhsil Mərkəzi 2015-ci ildə təsis olunub. Azərbaycanda ilk dəfə olaraq beynəlxalq A-Səviyyə üzrə (Cambridge International Advanced Levels) distant təhsil verən yeganə təhsil mərkəzidir. Mərkəzin əsas fəaliyyətləri peşəkar inkişaf, staj artırma və bütün səviyyələr üzrə ingilis, rus və digər dillərin tədrisidir. 100-dən çox tələbə, müəllim və iş adamı mərkəzdə kurslar keçib, təlim və seminarlarda iştirak edib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"