Soyqırımla eyni tarixə düşən ad gününü heç vaxt qeyd etməyən ŞƏHİD
Cəmi 40 il yaşadı, şərəfli yaşadı, ömrünün 26 ilini hərbçi kimi yaşadı...
Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin doğum günüdür. Yaşasaydı bu gün 44 yaşı olacaqdı.
Versus.Az xəbər verir ki, Murad Mirzəyev tarixin qan yaddaşına adını qızıl hərflərlə yazaraq, əbədiyaşar oldu.
Yaşlı bir qocaya rast gələndə ona hörmət etmək istəyirsən. Ya oturmağa yer göstərirsən, ya yol keçməyə kömək edirsən...
Təbii ki, bu hörmətin qarşısında qoca da xeyir-dua verib deyir: - Ay bala, Allah səni muradına çatdırsın.
Murad arzudur, istəkdir...
Sabirabad rayonunun Muğan Gəncəli kəndində 1976-cı ilin 31 Martında Mirzəyev Telmanla Güllübəyimin ailəsində bir oğlan dünyaya gəldi. Adını Murad qoydular...
Murad böyüdü, zirvədən-zirvəyə ucaldı. Amma hec vaxt özünə ad günü keçirmədi. Çünki o tarixi bir gündə, 31 Mart - Azərbaycanlıların soyqırımı günündə doğulmuşdu...
Nə az, nə çox, cəmi 40 il yaşadı. Şərəfli yaşadı, ömrünün 26 ilini hərbçi kimi yaşadı...
2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid oldu. Şəhidlər ölmür. Onlar qəlblərdə əbədi yaşayır.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"