İşğal olunmuş ərazilərdə keçirilən qanunsuz “seçkilər”ə dair BƏYANAT

10:28 01-04-2020 | icon 396 | Qarabağ
İşğal olunmuş ərazilərdə keçirilən qanunsuz “seçkilər”ə dair BƏYANAT

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat verib.

 

İcmadan Versus.Az-a verilən məlumata görə, bəyanatda bildirilir:

"Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2020-ci ilin 31 mart tarixində “prezident və parlament seçkiləri” adı altında növbəti “seçki şousu” təşkil edilib. Təcavüzkar Ermənistan və onun əlaltısı olan işğalçı rejimin bu addımı qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir ləkədir.

Dünyanın hazırda koronavirus (COVID-19) pandemiyası ilə üzləşdiyi vaxtda, insanların həyatının təhlükə altında qalmasına baxmayaraq, Ermənistan və işğalçı rejim öz xislətinə sadiq qalaraq hətta belə bir vəziyyətdə qanunsuz fəaliyyətini davam etdirir və “seçkilər” adlı şou keçirir. Bu bir daha Ermənistan və qondarma qurumun söykəndiyi “dəyərlərin” və əsarətində saxladığı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının üzvlərinə olan “münasibətinin” göstəricisidir, həmin insanların həyatı və taleyinin rejim üçün nə qədər önəmsiz olduğunu təsdiq edir".

 

Bəyanatda qeyd edilir ki, Dağlıq Qarabağda yaşayan ermənilər onlara dəyər verməyən, pandemiya təhlükəsindən qorumaq əvəzinə onları saxta oyunların qurbanına çevirən Ermənistanın və işğalçı rejimin əlində alət olduqlarını nəhayət ki anlayacaqlar:

"İşğal olunmuş Dağlıq Qarabağda qanunsuz “seçki” keçirilməsi etnik təmizləməyə məruz qalmış və torpaqlarından qovulmuş azərbaycanlıların əsas insan hüquqlarının kobud şəkildə tapdalanmasıdır. Bildiririk ki, belə saxta “seçki”lərlə bağlı əvvəllər BMT, ATƏT, digər beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət dəfələrlə bəyanatlar verərək, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz “seçkiləri” pisləmiş və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bəyan ediblər. Bu qanunsuz seçkilər danışıqlar prosesinə daha bir zərbədir və vəziyyətin gərginləşməsinə xidmət edir. Əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin Konstitusiyası və digər qanunlarına uyğun olaraq keçiriləcək qanuni seçkilərdə iştirak edəcəklər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI