Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəyanat yayıb
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 31 mart tarixində Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yayıb.
Versus.Az xəbər verir ki, bəyanatda bildirilib ki, Böyük Britaniya mart ayının 31-də Dağlıq Qarabağda baş tutan “seçkiləri” tanımır.
“Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupunun sülh prosesindəki rolunu tam dəstəklədiyini bildirir və bu prosesdə Azərbaycan və Ermənistanı etimadın yaradılması və danışıqlar yolu ilə həll olunması üçün səylərini sürətləndirməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"