Almaniya da Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımır
Almaniya Federal Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Michael Siebert 31 mart tarixində Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yayıb.
Versus.Az xəbər verir ki, bəyanatda bildirilib ki, Almaniya Dağlıq Qarabağda keçirilən “prezident və parlament seçkiləri"nin nəticələrini tanımır.
“Dünən Dağlıq Qarabağda keçirilən “prezident və parlament seçkiləri”ni tanımırıq. Həm “seçkilər”, həm də onların nəticələri qanunsuzdur”, - deyə bəyanatda qeyd olunub.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"