Əgər Dağlıq Qarabağ və 7 rayon işğaldan azad olunsa, infeksiyanın yeni yayılma riskləri sıfıra bərabər olar

12:57 03-04-2020 | icon 918 | Qarabağ
Əgər Dağlıq Qarabağ və 7 rayon işğaldan azad olunsa, infeksiyanın yeni yayılma riskləri sıfıra bərabər olar

“Dağlıq Qarabağda keçirilən “seçkilər” təkcə siyasi cəhətdən mənasız deyil, həm də pandemiya fonunda təhlükəlidir".

 

Versus.Az xəbər verir ki, bu, Rusiya Dövlət Dumasının Liberal Demokrat fraksiyasından olan deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevin bəyanatında yer alıb.

 

"Koronavirus pandemiyasının ən qızğın vaxtında Dağlıq Qarabağda psevdo-respublika “prezident və parlament seçkiləri” keçirir. Xatırladaq ki, bu separatçı qurum dünyada müstəqil dövlət statusu almayıb və məlumdur ki, heç vaxt da almayacaq. Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı bütün bu cür tədbirlərin hüquqi qüvvəsinin olmadığını bəyan edib, BMT-yə üzv dövlətlər olan Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran, Pakistan, Ukrayna, Gürcüstan və Estoniya isə seçki keçirilməsi qərarını qınayıblar. Dağlıq Qarabağda qondarma “seçkilər”in nəticəsi nə olursa olsun, mənası yoxdur, nə beynəlxalq təşkilatlar, nə də dünya ictimaiyyəti onların nəticələrini tanıyır”, - deyə rusiyalı deputat bildirib.

 

Savelyev qondarma “seçkiləri” Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanma prosesini və sülh danışıqlarını uzatmaq cəhdi kimi qiymətləndirib:

"Qeyri-legitim seçkilərin əsas təhlükəsi isə başqadır. Saxta seçkilər bütün dünyanın infeksiyanın və onun yayılmasının artmasına səbəb ola biləcək koronavirus pandemiyası ilə mübarizə etdiyi vaxtda keçirilir. Seçkilərin təşkilatçıları iddia edirlər ki, Dağlıq Qarabağda COVİD-19 yoluxması hadisəsi qeydə alınmayıb. Lakin buna şübhə etməyə dəyər. Psevdo-respublika Ermənistanla çox sıx inteqrasiya olunub, hansı ki, burada bir neçə yüz insan koronavirusa yoluxub. Bundan əlavə, o, bu gün dünyada bu infeksiyanın yayılmasında lider ölkələrdən biri olan İranla sərhəddir. Üstəlik, Dağlıq Qarabağın erməni icmasının bölmə üzvlərinin məlumatlarına görə, koronavirus infeksiyası hallarının əhalidən gizlədilməsi istisna edilmir, çünki qondarma respublikada tibb işçiləri çatışmazlığı var, COVID-19 təyin etmək üçün heç bir test keçirilmir, səhiyyə sistemində isə ciddi problemlər yaşanır. Ermənistan pasportuna sahib olan bu ərazinin sakinlərinin yaxın gələcəkdə qonşu regionlara və ümumilikdə sərbəst şəkildə hərəkət edə bilsələr, o zaman nə olacağını təsəvvür etmək çox qorxuludur".

 

Rusiyalı parlamentari əmin olduğunu bildirib ki, əgər Dağlıq Qarabağ və yeddi rayon işğaldan azad olunsa, infeksiyanın yeni yayılma riskləri sıfıra bərabər olar:

“Azərbaycanda koronavirusa yoluxanların sayı Ermənistanda olduğundan xeyli azdır. Hakimiyyət Bakı Metropoliteninin dayandırılmasına qədər insanların bir-biri ilə təmaslarını minimuma endirmək üçün nümunəsi olmayan tədbirlər görür. İnanıram ki, ölkədə tətbiq olunan karantin və Azərbaycan səhiyyəsinin vəziyyəti infeksiyaya yoluxma dərəcəsini xeyli azalda bilər - tam aradan qaldırılmasına qədər”. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi