icaze.gov.az saytı bu gün saat 10:00-dan fəaliyyətə başlayıb

13:02 03-04-2020 | icon 712 | KİV
icaze.gov.az saytı bu gün saat 10:00-dan fəaliyyətə başlayıb

"Fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi üçün nəzərdə tutulan icaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlayıb".

 

Versus.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

 

Onun sözlərinə görə, artıq icazələr portalına bu saata qədər 4015 təşkilat 7279 əməkdaşı barədə məlumatı sistem üzərindən qeydiyyatdan keçirib:

"Hazırda sistemdə müəyyən qədər yükləmə var. Bunun da səbəbi odur ki, vətəndaşlar da icazə portalına daxil olaraq icazə almağa çalışırlar. Sistem üzərində iş gedir ki, daha da mükəmməl olsun. Bu sistem çox qısa müddət ərzində hazırlanıb, bunun da səbəbi karantin rejimi ilə əlaqədar sürətli qərarların verilməsidir. Ancaq sayt dayanmayıb, yüklənmə olsa da, işləyir".

 

C.Salmanov deyib ki, icazələr sistemindən yalnız fəaliyyətinə icazə verilən qurumlar qeydiyyatdan keçə bilər:

"Eyni zamanda qurumlardan xahiş edirik ki, sistemə yalnız fəaliyyətinə icazə verdikləri əməkdaşlar barədə qeydlər etsinlər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI