"Yalnız bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər"

17:39 06-04-2020 | icon 1074 | Qarabağ
"Yalnız bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər"

Beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri, habelə çoxsaylı dövlətlər bu qondarma “seçkilərin” və onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər.

 

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, BMT-dən sonra ikinci böyük siyasi platforma olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı, eləcə də çoxsaylı digər təşkilat və dövlətlərin bu sırada yer alması bütün dünya ictimaiyyətinin Ermənistan Respublikasının işğalçı siyasətini və onun nəticələrini rədd etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir.

 

“Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaqdır”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi