"Dağlıq Qarabağdakı "seçkilər" qanunsuzdur"

17:59 09-04-2020 | icon 1081 | Qarabağ
"Dağlıq Qarabağdakı "seçkilər" qanunsuzdur"

ATƏT Parlament Assambleyasının (PA) rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin dünyada atəşkəs çağırışına dəstək verib.

 

Versus.Az xəbər verir ki, vu barədə ATƏT PA-nın saytında verilən məlumatda bildirilir.

 

Qeyd edilir ki, ATƏT PA rəhbərliyi  ATƏT məkanında hətta koronavirus pandemiyası ilə mübarizə aparılan zamanda belə bir sıra münaqişələrin qızışmağa davam etməsində narahatlığını ifadə edib.

 

"Dünya COVID-19 pandemiyası ilə mübarizə içərisində olduğu bir zamanda münaqişələr ən son istədiyimiz şeydir, çünki münaqişələr bu mübarizədə göstərilən səyləri daha da  çətinləşdirir. Cənubi Qafqazda və Ukraynanın şərqindəki münaqişələr də daxil olmaqla, ATƏT məkanında bir sıra münaqişələr mövcuddur. Bu gün COVID-19-a qarşı aparılan ümumi mübarizəyə diqqətimizi yönəldə bilməyimiz üçün bütün tərəfləri BMT-nin atəşkəs çağırışına diqqətlə yanaşmağa çağırıram", - deyə ATƏT PA Prezidenti Gieorgi Tsereteli bildirib.

 

O, son günlər beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağ və Abxaziyada keçirilən "seçkilər"in qanunsuz olduğunu da vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi