"Orada “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır"
“Martın 31-də Dağlıq Qarabağda qondarma “seçkilər”in keçirilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.
Versus.Az xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Aişə Faruki deyib.
O bildirib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir, Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək.
XİN rəsmisi Dağlıq Qarabağda “seçkilər”in keçirilməsinin münaqişənin sülh yolu ilə həll olunması məqsədilə aparılan danışıqlara xələl gətirdiyini də vurğulayıb
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"