Qarabağ erməniləri qondarma seçkiləri BOYKOT EDİR
Bu gün Azərbaycanın işğal altındakı torpaqlarında qondarma prezident seçkilərinin ikinci turu keçirilir.
Xatırladaq ki, beynəlxalq hüquq və humanitar normaları pozaraq, təhlükəli epidemioloji şəraitdə keçirilən “seçkilər” dünya birliyi tərəfindən tanınmayıb.
Bundan əlavə, işğal altındakı Qarabağ torpaqlarda 6 nəfərin koronavirusa yoluxması, 2 minə qədər insanın karantinə alınması belə Nikol Paşinyanı “seçki”dən vaz keçdirməyib. Əksinə, o bu “şou”nun bütün dünyaya Qarabağ ermənilərinin sözdə “demokratik ənənələrə” malik olmasını və virusdan qorxmadıqlarını təlqin etməyi düşünürdü. Qondarma rejimin “eks- baş naziri” Araik Arutunyan hər kəsi məntəqələrə dəvət etsə də, onun əsas rəqibi Masis Mailyan “seçki”yə qatılmadan imtina edib və tərəfdarlarını da analoji addımı atmağa səsləyib.
Siyasi ambisiyaları xatirinə bölgədə yaşayan erməniləri qurban verən Paşinyan hətta virusun yerli mərkəzləri Laçın rayonunun Hüsülü, Mirik, Bozlu kəndlərinin, Kəlbəcərin rayon mərkəzində yaşayan insanların “səsverməyə” qatıla biləcəyini açıqlamışdı. Bu barədə açıqlamanı qondarma rejimin “mərkəzi seçki komissiyası” açıqlamışdı.
“Həmin məntəqələrdə insanlar izolyasiya olunublar. Amma bu onların hərəkətinin məhdudlaşdırılması demək deyil. Onlar “ssəs vermək” istəsələr buna məhdudiyyət olmayacaq. Həmin kənd və rayon mərkəzlərinə “seçki məntəqələri” yaradılıb”.
Maraqlıdır ki, qondarma rejim nümayəndəsi virus tapılmış, karantinə alınmış ərazilərdə yaşayan insanların bir-birin yoluxdurma riskinin olmasını istisna etməyib.
Bu fonda seçki məntəqələrində insanların olmaması, yalnız “müşahidəçilərin” görüntülənməsi “seçki şou”sunun uğursuzluğundan xəbər verir. Xankəndi, Şuşa, Laçın, Ağdərə, Hadrut, Xocavənd, Xocalı, Əsgəran, Zəngilan Kəlbəcər və s. ərazilərdə açılacaq 291 məntəqədə 103 637 nəfərin “səs verəcəyi” elan olunsa da, seçici sayının saxtalaşdırıldığı, regionda 50 minə yaxın seçicinin olması vurğulanıb. Onların mütləq əksəriyyəti isə “seçki şou”suna qatılmaqdan imtina ediblər.
Qarabağ erməniləri siyasi ambisiyalar xatirinə onların həyatını təhlükəyə atan Paşinyan “seçki çağırışı”nı kütləvi sürətdə boykot ediblər. Qondarma rejimin rəsmisi Yeqişe Arzumanyan saat 11:00 üçün 15,2% "seçici"nin (15 771 nəfər) səs verdiyin bildirsə də, yerli hüquq müdafiəçiləri artıq bu rəqəmlərin saxta olduğunu iddia ediblər.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"