"Dağlıq Qarabağ məsələsində Çinin mövqeyi aydın və dəyişməzdir"
“Dağlıq Qarabağ məsələsində Çinin mövqeyi aydın və dəyişməzdir”.
Versus.Az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Çjao Litszyan deyib.
“Ümid edirik ki, müvafiq tərəflər mübahisələri siyasi dialoq yolu ilə həll edəcək, regional sülh və sabitliyi dəstəkləyəcəklər. Çin bölgədəki sabitliyi və inkişafı təşviq etməyə davam edəcək”, - deyə çinli diplomat vurğulayıb.
Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva isə “Twitter” hesabında bildirib ki, Çinin prinsipial mövqeyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdir və bu, hər iki ölkə arasında imzalanan razılaşmalarda öz əksini tapıb.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"