"Qəbul imtahanı bir dəfə keçiriləcək"

13:12 21-04-2020 | icon 496 | Təhsil
"Qəbul imtahanı bir dəfə keçiriləcək"

Məleykə Abbaszadə: "Qaydalar hamı üçün eynidir və heç kəsə güzəşt olmayacaq"

 

Mövcud qaydalara görə, il ərzində iki dəfə qəbul imtahanı keçirilir. Şərait imkan versə, iki dəfə imtahan keçirəcəyik. Amma şərait olmasa, imtahan yalnız bir dəfə keçiriləcək.

 

Versus.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, bununla bağlı hələ bir məhdudiyyət qoyulmayıb.

 

Pandemiya ilə əlaqədar imtahanlarda abituriyentlərə güzəşt edilməsi məsələsinə münasibət bildirən M.Abbaszadə qeyd edib ki, proqram hər kəs üçün eynidir:

“Kimsə proqramı tam, kimsə yarımçıq mənimsəyib. Kimə güzəşt edilməlidir? Hamı eyni vəziyyətdədir. Bu şərait bütün dünyada belədir. Qaydalar hamı üçün eynidir və heç kəsə güzəşt olmayacaq”.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi