Təhsil Nazirliyindən aztəminatlı tələbələrə çağırış

15:41 21-04-2020 | icon 1013 | Təhsil
Təhsil Nazirliyindən aztəminatlı tələbələrə çağırış

“Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur”.



Versus.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

 

Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tələbələrin məşğulluq orqanlarından valideynlərinin işsiz kimi qeydiyyatda olmasına dair arayış alaraq təhsil müəssisələrinə təqdim etmələrinə ehtiyac yoxdur.



“Hər hansı tələbənin valideynlərinin işsiz statusu barədə məlumatları Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq”“altsistemi vasitəsilə elektron şəkildə əldə edəcək.


Bununla yanaşı, e-sosial.az portalında 15 növdə e-arayış xidməti göstərilir. İşsiz kimi qeydiyyatdan keçən şəxslər də portal vasitəsilə bu barədə e-arayışı əldə edə bilərlər. Bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabinet”də e-arayış bölməsinə daxil olmaqla, müvafiq elektron arayışı əldə etmək olar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi