Yay Məktəbləri bu il universitetlərin hesabına təşkil olunacaqmı?

12:09 27-04-2020 | icon 1698 | Təhsil
Yay Məktəbləri bu il universitetlərin hesabına təşkil olunacaqmı?

Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə videokonfrans keçirib. Videokonfransda koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verilib.

 

Bakı Ali Neft Məktəbindən Versus.az-a verilən məlumata görə, qeyd edilib ki, mart ayından ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkili təmin edilib, bu məqsədlə istifadə edilən “Microsoft Teams” və bəzi digər onlayn platformalara bu günədək 95 mindən artıq tələbə qoşulub.

 

Bundan əlavə, ali təhsil müəssisələrində mövcud vəziyyəti nəzərə alaraq tələbələrin tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesinin təşkilinə dair fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən bu istiqamətdə ümumi tövsiyələr verilib.


Video konfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

 

Bakı Ali Neft Məktəbinin Rektoru Elmar Qasımov konfrasda çıxışı zamanı ali təhsil müəssisələri tərəfindən kəsiri olan tələbələr üçün ödənişli əsaslarla təşkil edilən Yay Məktəblərinin bu il universitetlərin hesabına pulsuz olması təklifini irəli sürüb. O, bu təklifi pandemiya dövründə tədrisdə yaranan risklərin minimallaşdırması və qlobal virusdan təsirlənən tələbə ailələrinə dəstəyin göstərilməsi istiqamətində tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib. Təklif konfrans iştirakçıları tərəfindən bəyənilib.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi