Qarabağın azərbaycanlı icmasının sədri AŞ PA-da təmsil olunacaq
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinə üzv seçilib.
Versus.az xəbər verir ki, bununla da icma sədri AŞ PA-da təmsil olunacaq.
Eyni zamanda T.Gəncəliyev Azərbaycan-Kanada parlamentlərarası işçi qrupuna rəhbərlik edəcək.
Qeyd edək ki, T.Gəncəliyev bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilib.
O, 2018-ci il dekabrın 20-dən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına rəhbərlik edir.
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"