Repetitorlar VÖEN-i belə almalıdır

14:38 30-04-2020 | icon 641 | Təhsil
Repetitorlar VÖEN-i belə almalıdır

Qaydalar açıqlandı

 

Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aprelin 27-dən aradan qaldırılıb. Fəaliyyətinə icazə verilən sahələrdən biri də fərdi tədris və repetitor (qrup halında məşğələlər istisna olmaqla) xidmətləridir.

 

Versus.az xəbər verir ki, vergiler.az-a istinadən xəbər verir ki, repetitor xidməti göstərən şəxs əvvəl dərs keçdiyi yerə getmək və evində repetitor kimi fəaliyyət göstərmək üçün “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir və bunun üçün onun VÖEN-i olmalıdır. VÖEN - vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. VÖEN alması vətəndaşın sahibkarlıq fəaliyyəti ilə məşğul olması deməkdir, bununla o, gəlir əldə etməklə vergi tutulan müəyyən əməliyyatı yerinə yetirir. Başqa sözlə, VÖEN vətəndaşın vergi uçotuna alındığını göstərən sənəddir. Repetitor və buna bərabər təhsil xidməti göstərən hər kəs gəlir əldə etdiyi üçün VÖEN almalıdır.

 

VÖEN-i həm elektron qaydada, həm də vergi ödəyicilərinə xidmət mərkəzlərinə gedərək əldə etmək olar. Hazırda ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti elektron qaydada davam edir və həmin mərkəzlər vergi ödəyicilərinə bütün xidmətləri elektron formada göstərirlər. VÖEN əldə edilməsi barədə daha ətraflı məlumatla Vergilər Nazirliyinin rəsmi internet səhifəsində "Fiziki şəxslər" bölməsindəki reqlamentlər vasitəsilə tanış olmaq mümkündür (https://www.taxes.gov.az)

 

Bununla yanaşı, Vergilər Nazirliyi tərəfindən elektron xidmətlərdən istifadəyə dair video təlimatlar da hazırlanıb. Həmin təlimatla diqqətlə tanış olan hər kəs sərbəst şəkildə vergi uçotuna alına bilər. Qaydalar bu linkdə sadə və anlaşıqlı formada mərhələli şəkildə izah olunur: https://www.youtube.com/

 

VÖEN-i "ASAN xidmət" mərkəzlərində də əldə etmək mümkündür. "ASAN xidmət" mərkəzlərində vətəndaşların qəbulu aprelin 27-dən "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 çağrı mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir: https://www.youtube.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi