Lisey və gimnaziyalara qəbul imtahanları keçiriləcək
Hər il lisey və gimnaziyalara şagird qəbulu əsasən, iyun ayında aparılırdı. Ötən illərdə olduğu kimi bu il də lisey və gimnaziyalara qəbul imtahanlarının keçirilməsi planlaşdırılır.
Versus.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.
Onun sözlərinə görə, amma əvvəlki illərdən fərqli olaraq, bu il imtahanların vaxtının dəyişdirilməsinə ehtiyac olacaq:
“Ola bilər ki, imtahanların vaxtı uzadılsın. Vəziyyətdən asılı olaraq, imtahanların daha təhlükəsiz keçirilməsi gündəmdə dayanan məsələlərdəndir”.
M.Vəliyeva əlavə edib ki, qanunvericliyə əsasən, uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyindədir:
“Təhsil Nazirliyi bağçalara nəzarəti həyata keçirmir. Bu baxımdan bağçaların açılması barədə suallara aidiyyatı qurumara verilməlidir. Ancaq hazırkı şəraitdə körpələrin bağçalarda olmasını necə düşünə bilərik? Məncə, bağçaların açılması indiki şəraitdə münasib deyil”.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"