Dərsliklərin istehsalına 9 mln. manat xərclənəcək
Azərbaycan Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə dərsliklərin istehsalı ilə bağlı keçirilən üç tenderin qaliblərini müəyyənləşdirib.
Versus.Az "Elektron satınalma" portalına istinadən xəbər verir ki, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderlərin qalibləri "Təhsil" Nəşriyyat Poliqrafiya MMC, "Çaşıoğlu Elm-İstehsalat" MMC və "Aspoliqraf LTD" seçiliblər.
Şirkətlərlə ümumi dəyəri 9 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.
Müqavilələrə əsasən, 2020-2021-ci tədris ilinə "Təhsil" Nəşriyyat Poliqrafiya tərəfindən ümumi təhsilin ictimai fənləri üzrə dərsliklərin, "Çaşıoğlu Elm-İstehsalat" tərəfindən ümumi təhsilin texniki fənləri və məktəbəhazırlıq proqramı üzrə dərsliklərin, "Aspoliqraf LTD" tərəfindən isə peşə ixtisasları üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işləri həyata keçiriləcək.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"