ADU yazı müsabiqəsi elan edir

15:19 04-05-2020 | icon 525 | Təhsil
ADU yazı müsabiqəsi elan edir

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) "Abituriyentlərlə İş Departamenti" yazı müsabiqəsi elan edir. 

 

Versus.az xəbər verir ki, müsabiqə Azərbaycan Dillər Universiteti haqda abituriyentlərin daha dolğun şəkildə məlumatlanması məqsədilə keçirilir. 

 

Müsabiqəyə abituriyentlər Azərbaycan Dillər Universitetində baş tutan uğurlu layihələr, beynəlxalq əlaqələr, mərkəzlər, xaricdə təhsil proqramları, tədris olunan dillər, fakültələr, ixtisaslar, ADU Tələbə Həmkarlar İttifaqı Komitəsi, o cümlədən tələbə həyatı və fəxri məzunlarla bağlı ümumiləşdirilmiş  araşdırma yazılar təqdim edə bilərlər. 

 

Ən yaxşı araşdırma yazılar ADU THİK tərəfindən mükafatlandırılacaq. 

Mükafatlar:

 

I yer - notbuk, diplom
II yer - planşet, diplom
III yer - mobil telefon, diplom

 

IV-X yerlərin sahiblərinə müxtəlif hədiyyələr və TƏŞƏKKÜRNAMƏ təqdim ediləcək. 

 

Yazılar "Word" formatda "Times new roman" şrifti ilə 14 ölçüdə yazılmalıdır. Yazının həcmi 1500 (min beş yüz) sözdən çox olmamalıdır.

 

Müsabiqədə ölkə üzrə bütün ümumtəhsil müəssisələrində təhsil alan 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.  Yazılar 31 may 2020-ci il tarixinədək [email protected] ünvanına göndərilməlidir.

 

Qaliblərin iyul ayının ilk həftəsində mükafatlandırılması planlaşdırılır.

 

Qeyd: Yazının müəllifi haqqında məlumat (təhsil aldığı müəssisə, sinif, əlaqə nömrəsi) qeyd edilməlidir. Əlaqə: 0502145250

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi