Diplomunu ala bilməyən məzunların DİQQƏTİNƏ
Hazırda hərbi xidmətə getməli olan və diplomunu hərbi müəssisəyə təqdim edə bilməyən məzunların xidmət müddəti daha 6 ay uzadılmayacaq.
Versus.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
C.Bayramov qeyd edib ki, bunun üçün həmin şəxslərin valideynləri diplomu müvafiq olaraq, hərbi müəssisəyə təqdim edə bilərlər:
“Karantin rejimi olsa da, həmin şəxslərin hansısa bölgəyə getməsinə güzəşt ediləcəyinə əminəm”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"