Günlərdən Şəhid Xəqani Axundovun GÜNÜ

11:06 11-05-2020 | icon 757 | Qarabağ
Günlərdən Şəhid Xəqani Axundovun GÜNÜ

Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib

 

Bu gün Laçınımızın qəhrəman oğullarından biri olan şəhid Xəqani Axundovun doğum günüdür.

 
 
Versus.Az xəbər verir ki, Axundov Xəqani Həsən oğlu 10 may 1950-ci il Laçın rayonunun Qurdqajı kəndində anadan olmuşdur. Uşaqlıq illəri doğma kəndində keçmiş, orada böyüyüb boya-başa çatmışdır. 1957- 1967-ci illərdə kənd orta ümumtəhsil məktəbində təhsil almışdır. Xəqani Axundov həmin il imtahan verərək 21 avqust tarixdə müvəffəqiyyətlə Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsinə daxil olur. Təhsilini burada uğurla başa vuraraq Şuşa Kənd Təsərüfatı Texnikumunun həmin şöbəsini bitirmişdi.
 
 
1970-ci ildə hərbi xidmətə yola düşdü və Moskva ətrafında hərbi xidmət borcunu yerinə yetirərək 1972-ci ildə dogma el-obasına, Laçına, Kürdhacı kəndinə qayıtdı. Kənddə "28 aprel kolxozu"nda ilk əmək fəaliyyətinə başladı.
Qarabağ ərazisinin hər bənd-bərəsinə, cığırına ovcunun içi kimi bələd olan döyüşçü 15 sentyabr 1992-ci ildə N saylı hərbi hissənin kəşfiyyat bölüyündə hərbi xidmətə başladı. Hərbi xidmət göstərdiyi müddətdə özünü çox bacarıqlı, nizam-intizamlı, öz işinin bilicisi olan bir hərbiçi kimi tanıtmışdır.
 
 
Keçirilən bütün hərbi əməliyyatlar zamanı ön cərgədə olan Xəqani Axundova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 31 dekabr 1992-ci il tarixli əmri ilə gizir rütbəsi verildi.
 
 
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 2257 saylı sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə gizir Axundov Xəqani Həsən oğlu ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
 
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI