Komitə sədri uşaq bağçalarının vəziyyətindən narazıdır

13:49 11-05-2020 | icon 557 | Təhsil
Komitə sədri uşaq bağçalarının vəziyyətindən narazıdır

Zaman-zaman məktəbəqədər təhsil müəssisələrinin yerli İcra hakimiyyətlərinin tabeliyindən alınıb Təhsil Nazirliyinə verilməsi məsələsi gündəmə gətirilib. Həm valideynlər, həm də təhsil işçiləri adıçəkilən müəssisələrin Təhsil Nazirliyinə verilməsinin daha doğru olduğunu bildiriblər.

 

Son günlərdə bəzi icra başçılarının korrupsiya və rüşvətxorluq hallarına yol verməsi bu mövzu ətrafında müzakirələrə yol açmaqdadır.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev açıqlamasında mövzu barədə fikirlərini bölüşüb.

 

“Bu, təəssüf hissi doğurur”

Komitə sədri məktəbəqədər təhsil müəssisələri ilə bağlı qanunvericilik bazasının işləndiyini, eləcə də “Məktəbəqədər təhsil haqqında” qanunun qüvvədə olduğunu xatırladıb:

“Təhsil Nazirliyi də bu istiqamətdə böyük işlər görür. Qanun qəbul edilməzdən əvvəl Heydər Əliyev Fondu və Azərbaycanın Birinci vitse-prezidenti Menriban Əliyevanın bu sahədə çox böyük uğurlu layihələri olub. Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi, köhnələrinin təmir olunması və sairə.

Baxmayaraq ki, bu gün dövlətimiz bu tədbirləri görür, ancaq yerli İcra hakimiyyəti orqanlarının heç də hamısı buna dəstək vermir. Təəssüflər olsun ki, yerli icra hakimiyyəti orqanları məktəbəqədər təhsil müəssisələrinin  qorunması, onların tikilməsi məsələsində o qədər də maraqlı görünmür. Amma onlara ayrılmış vəsaitlərlə bağlı neqativ hallara tez-tez mətbuatda, Hesablama Palatasının hesabatlarında  rast gəlirik. Bu da bizdə acı təəssüf hissi doğurur”.

 

“Heç orta təhsili də yoxdur”

Bəxtiyar Əliyevin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri ilə bağlı məsələyə çox ciddi diqqət ayrılmalıdır:

“Düşünürəm ki, bu yaxınlarda məsələ ilə bağlı aparılmış təhlillər ümumiləşdiriləcək və məktəbəqədər təhsil müəssisələri, onların tabeçiliyi, təminat məsələsi də daxil olmaqla müəyyənləşəcək. Bir məsələni də qeyd etmək istərdim. Məktəbəqədər təhsil sahəsində çalışan işçilər “Məktəbəqədər təhsil haqqında” qanuna görə ali pedaqoji təhsilə malik insanlar olmalıdır. Bugünkü reallıq odur ki, məktəbəqədər təhsil müəssisələrində  nəinki ali təhsil, heç orta təhsili olmayan şəxslərin də çalışması faktları var. Bu isə yolverilməzdir. Çünki  məktəbəqədər təhsildən və məktəbəhazırlıqdan söhbət gedir. Dövlət bütün tədbirləri görüb. Bu gün məktəbəqədər yaş qrupuna aid ola uşaqların 90%-ə yaxını ya məktəbəqədər təhsilə, ya da ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb olunub. Yaxın illərdə bunun 100%-ə çatdırılması nəzərdə tutulur”.

 

“İş adamları cəlb olunmalıdır”

Parlamentari məktəbəqədər təhsil müəssisələrinin inkişafından danışarkən bu sahəyə iş adamlarının cəlb edilməsindən də söz açıb:

“Arzuolunan  hal odur ki, yerli icra hakimiyyəti orqanları da bu məsələyə böyük diqqət ayırsınlar və iş adamları da bu işə cəlb olunsunlar. Dünyanın hər yerində böyük və orta biznes sahibkarları sosial layihələr həyata keçirirlər. Uşaq bağçalarının yaradılması onların marağında olmalıdır ki, onlar üçün çalışan  işçilər də öz uşaqlarından arxayın olsunlar.

İş adamı düşüncəsi bizdə də formalaşmalıdır. Sahibkarlarımız bu işə, bu təşəbbüsə qoşulmalıdırlar. Burada da birinci yerli İcra hakimiyyəti orqanları maraqlı olmalıdır. Cənab prezident dəfələrlə  vurğulayıb ki, yerli İcra hakimiyyəti orqanları rəhbərlərinin, icra başçılarının bilavasitə işinə qiymət veriləcək. Həmin rayonlarda sahibkarlığın inkişaf səviyyəsi, nə qədər investisiya qoyulub və yerli büdcə formalaşıb kimi məsələlər diqqətlə araşdırılacaq.  Bir çox rayonlar bu işi görsələr də, yarıdan çoxu hələ də büdcədən maliyyələşib. Bu da çox böyük təəssüf hissi doğurur. Çünki regionların inkişafı üzrə Dövlət Proqramı kifayət qədər əsas verib ki, həmin icra başçılarının verdiyi layihələr əsasında yeni iş yerləri, yeni müəssisələr yaradılsın, yeni biznes layihələr gətirilsin. Bəzi rayonlarda bu baş verib”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi