Ali məktəblərə sənəd qəbulu ilə bağlı yeni xidmət yaradıldı

13:24 14-05-2020 | icon 1565 | Təhsil
Ali məktəblərə sənəd qəbulu ilə bağlı yeni xidmət yaradıldı

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Məlumata görə, təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər

https://eservices.dim.gov.az/erizebak/erize/

səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu mavafiq sahələrə qeyd edir.

Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək lazımdır. Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini sıxmaq lazımdır.

 

Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür.

 

Elektron ərizənizi yenidən doldurarkən diqqətli olun və onu təsdiq etməyi unutmayın.

 

Müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır.

 

Qeyd edək ki, abituriyentlər mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

 

Elektron ərizələrin qəbulu 5 iyun saat 23:59-dək davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi