YUSİF ƏLİYEV - məzarı bilinməyən şəhid
Əliyev Yusif Pənah oğlu 1937-ci ildə Laçın rayonunun Bozdağan kəndində anadan olub. 1944-cü ildə Şamkənd kənd orta məktəbində 1-ci sinifə gedib. Sonradan təhsilini Ağdam 1-saylı orta məktəbdə davam etdirmiş və 1954-cü ildə həmin məktəbi bitirmişdir.
1954- cü ildə Ağdam Kənd Təsərüfatı texnikomuna qəbul olmuş, 1958-ci ildə həmin texnikomu aqronomluq fakultəsini bitirmişdir. 1958-1963-cü illərdə S.M.Kirov adına damzlıq sovxozunda təsərüfat müdiri işləmişdir. 1960-cı ildə Azərbaycan Kommunist Partiyasına üzv qəbul olunmuşdur. 1961-ci ildə ailə həyatı qurmuşdur.
1964-1969 – cul illərdə S.M.Kirov adına sovxozda partiya təşkilatının sədri vəzifəsinə təyin edilmişdir.
Yusif Əliyev 1969-1970-ci illərdə Laçın rayon «Pravda» kolxozuna sədr təyin edilmişdir. 1975-ci ildən yenidən S.M.Kirov adına sovxoza partiya sədri vəzifəsinə təyin edilmişdir.
1977-1989-cu illərdə S.M.Kirov adına damazlıq sovxozunun direktoru vəzifəsində çalışmışdır. Bu illər ərzində dəfələrlə Laçın Rayon Partiya Komitəsi Plenumunun üzvü, büro üzvü, rayon sovetinin deputatı seçilmişdir. 1989-1993 cü illərdə Şamkənd kənd sovetinin sədri vəzifəsində çalışmışdır.
Respublika və rayon rəhbərlyi tərəfindən dəfələrlə medal və digər mükafatlarla təltif edilmişdir.
Yusif Əliyev 31 mart 1993 –cü ildə ermənilərin Laçın rayonunun kəndlərinə yenidən hücumu zamanı qohumları və kənd əhalisi ilə birlikdə kəndi tərk etmək məcburiyyətində qalaraq Kəlbəcər rayonu istiqamətində hərəkət etmişdilər. Kəlbəcərin Tunel adlanan ərazisində erməni silahlılarının mühasirəsinə düşmüşdülər. Yusif Əliyev Tuneldə həyat yoldaşı Qənirə Əliyeva, qardaşı Asif Əliyev, bacısı qızı Səma Kərimova, bacısı nəvəsi bir yaşlı Nuranə Hümbətova və digər kənd sakinləri ilə birlikdə ermənilər tərəfindən əsir götürlümüşdür. İndiyə qədər Yusif Əliyev və onun ailə üzvləri haqqında heç bir məlumat yoxdur.
Ailəli idi, 2 oğlu, 4 qızı var.
Allah rəhmət eləsin!
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"