O zaman Laçınsız dəfn edilən laçınlıların da ruhu şad olacaq
Təpədən dırnağa qüdrətdən yaradılmış Laçın həmişə xalqımızın mərdlik qalası olub. Laçını, Şuşanı itirmək sonrakı faciələrə təsir etdi və humanitar fəlakətlərə gətirib çıxardı...
Bu gün yenə Laçını anırıq... 28 ildir ki, Laçınsız böyüyürük, laçınlılar Laçınsız torpağa tapşırıldı...
Təbii ki, bu bir qismətdir, bir alın yazısıdır. Təki biz o yerlərə qayıdaq. Mənə elə gəlir ki, o zaman Laçınsız dəfn edilən laçınlıların da ruhları şad olacaq. Laçına qayıtmaq yolunda Allah bizə səbr verməsin...
Ermənistanın Laçını ələ keçirməkdə əsas məqsədi o idi ki, Laçın son dərəcə yüksək strateji bir yerdə yerləşmişdi və 120 km. Ermənistanla həmsərhəddir. Onlar əsrlər boyu düşünüblər ki, qondarma uydurma Dağlıq Qarabağla əlaqə yalnız Laçının ələ keçirlməsindən sonra baş tuta bilər. Amma buna baxmayaraq üzü Sultan bəydən bəri laçınlılar düşmənlə axıra qədər canıyla, qanıyla vuruşmuşlar. 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Qeyd edim ki, Rəşadətli Laçın polisi Qarabağ müharibəsində öz adını tarixə qızıl hərflərlə yazmışdır. Uğurlu Horadiz əməliyyatı Füzulinin 16 qəsəbəsinin işğaldan azad edilməsi məhz Laçın polisinin qanı, canı bahasına əldə edilib. İndi ermənistan bir çıxılmaz vəziyyətdədir. Çünki uydurma yaratdıqları Dağlıq Qarabağ ermənistanla heç bir quru sərhəddi yoxudur. Və Laçını bir strateji yer kimi əldə saxlamaga çalışırlar.
Bu da onu sübut edir ki, ermənilər heç vaxt öz qondarma respublikalarını yarada bilməyəcək və saxtakardılar. Lakin məkrli, müəyyən dairlərin dəstəklədiyi düşmənlə üz-üzə dayanan Azərbycanda Qaçqın və məcburi köçkünlərin həyat şəratinin yaxşılaşdırılması üçün böyük işlər görür.
Ali Baş Komandanımızın əsas məqsədi torpaqlarımızın azad edilməsidir. Ulu öndərin başladığı və cənab prezidentin davam etdirdiyi bu siyasət inşallah bizi tezliklə Laçına, Şuşaya - Qarabağa - öz torpaqlarımıza qaytaracaq. Bu gün hər bir Azərbaycanlı Qarabağa qayıdışa inanır. Biz hamız Laçınlıyıq, Zəngəzurluyuq, Qarabğlıyıq. O yerlər bizi gözləyir.