"İşğalın 29-cu ili olmayacaq"

09:35 18-05-2020 | icon 693 | Qarabağ
"İşğalın 29-cu ili olmayacaq"

Şamil Sabiroğlu: "İşğal edilən ərazilər və onların sakinləri çirkin oyunların qurbanı oldular"

 

"28 ildir dilimiz Xocalı, Şuşa, Laçın... deməkdən qabar olub. 28 ildir Azərbaycan xalqı öz dədə-baba torpaqlarına sahiblik edə bilmir. Kimdir günahkar?"


Versus.Az xəbər verir ki, bunu "facebook" hesabında Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu yazıb.

 

Şamil Sabiroğlu yazır:

"Mən, 1989-cu ilin sentyabr ayında könüllü olaraq Laçına, 1990-cı ilin yazında isə Xocalıya getmişəm. Bölgənin əhalisi ilə yaxından tanışam. Həqiqətən də işğal edilən ərazilər və onların sakinləri çirkin oyunların qurbanları oldular.

Mən Xocalının, Şuşanın, Laçının, Ağdamın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdərə, Kəlbəcər, Xankəndi şəhəri və Xocavəndin qeyrətli övladlarının doğma yurd-yuvanı necə ürəklə qorumalarının şahidlərindənəm.


Bu gün 2020-ci il, mayın 18-dir. İndi nə Azərbaycan Respublikası, nə də onun Silahlı Qüvvələri 28 il əvvəlki kimi nagüman deyil. Azərbaycan Ordusunun büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur.


Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında II Qarabağ savaşının başlanmasına çox az qalıb. Və İnşaAllah işğalın 29-cu ili olmayacaq.


Biz, sənə inanınırıq, Azərbaycan əsgəri!


Bütün şəhidlərimizin ruhları şad olsun. Amin".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi