Uşaqlarla bağlı təsirli VİDEOÇARX


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən uşaqlarla bağlı təsirli videoçarx hazırlanıb.
Nazirlikdən Versus.az-a verilən məlumata görə, videoçarxda hər bir uşaq üçün valideynlərinin nə qədər qiymətli, dəyərli olduqları, valideyn doğmalığının əvəzsiz nemət olması elə uşaqların öz baxışı, öz dili ilə təqdim edilir.
Onlar bu barədə təbii təsəvvür və düşüncələrini bölüşürlər.
Uşaqların valideyn qayğısı ilə əhatə olunmasının onlar üçün nə qədər böyük dəyər və məna kəsb etdiyini nümayiş etdirən videoçarx övlada bağlılığın təbliği, uşaqların atılmasının qarşısının alınması istiqamətində maarifləndirmə məqsədi daşıyır.
Versus.Az
Xəbər lenti

erməni sakinlər üçün növbəti yanacaq göndərilib
Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb