Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir

16:29 03-06-2020 | icon 1185 | Qarabağ
Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir

Akif Nağı: "Bu ilin payız aylarında Avropada Qarabağla bağlı önəmli layihə həyata keçiriləcək"

 

“Dağlıq Qarabağın Azərbaycanlı icması ilə əməkdaşlıq etmək bizim üçün vacibdir və hər zaman buna çalışmışıq”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib.

 

O, icmanın hazırkı fəaliyyətini təqdir etdiyini vurğulayib: 

“İcmanın rəhbərliyi dəyişəndən sonra kifayət qədər fəal bir təsisat formalaşdı. Diplomatik fəaliyyətdə də lazımi səviyyədə işləyirlər. Ermənilərin istənilən təxribat cəhdlərinin qarşısını almaq üçün səy göstərirlər, çevik reaksiya verirlər.

Yeni rəhbərlik gələndən sonra icma ilə əlaqə saxladıq və görüşmək istədiyimizi bildirdik. Karantindən öncə görüşümüz baş tutdu. Vacib məsələləri, birlikdə fəaliyyət göstərə biləcəyimiz məqamları qeyd etdik. Erməni yalanlarının ifşası, cəmiyyətdə vətənpərvərlik hissinin yüksəldilməsi, ruh yüksəkliyinin daha da artırılması və s. baxımından ilkin razılaşmamız oldu. Lakin sonradan karantin rejiminin elan olunması, koronavirus təhlükəsinin ölkəmizin üzərində dolaşması bu addımları ertələməyimizə səbəb oldu. İstənilən halda əməkdaşlığı gündəmdə saxlayırıq. Qarşılıqlı şəkildə bir-birimizin addımlarını dəstəkləməyə hazırıq”.

 

Akif Nağı qeyd edib ki, bu ilin payız aylarında Avropada Qarabağla bağlı önəmli layihə həyata keçiriləcək:

“Bizim Avropada layihəmiz var. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə İsveçdə Qarabağ həqiqətlərinin təbliği haqqında tədbir planlaşdırılıb.

2015-ci ilin dekabrında Beynəlxalq Qarabağ Forumu adlı qurum yaratmışıq. Burada Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və bir neçə Avropa ölkəsinin QHT-ləri təmsil olunurlar. İndiyə qədər ikisi Azərbaycanda, ikisi Türkiyədə, biri İranda olmaqla beş toplantı keçirmişik. Bu il payız aylarında daha geniş təmsilçiliklə tədbirlərimizi davam etdirməyi düşünürük. İstərdik ki, bu işdə Qarabağın Azərbaycanlı icması da bizə dəstəyini nümayiş etdirsin, əməkdaşlıq edək”. /Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi