Təhsil naziri əmr İMZALADI
Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.
Versus.az-a xəbər verir ki, əmrin imzalanmasında məqsəd dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkil etməkdir.
Əmrə əsasən, Şuranın tərkibi aşağıdakı kimidir:
Şuranın sədri -
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva
Şuranın üzvləri:
Fərzəli Qədirov - Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini
Elnur Məmmədov - Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən
Eşqi Bağırov - Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri
Vəfa Yaqublu - Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri
Murad Camalzadə - Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən
Vüsal Xanlarov - Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.
İnsan resursları şöbəsi (E.Bağırov) və Hüquq şöbəsinə (A.Cəfərov) 30 gün müddətində Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsini hazırlayıb təsdiq edilməsi üçün təqdim etmələri tapşırılıb.
Nazir əmrin icrasına nəzarəti öz üzərində saxlayıb.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"